“Hüquqlarımızı bilək, bildirək!” adlı aksiya həyata keçirildi…

Standard

ATGTI “Hüquq” İşçi Qrupu BMT-nin İctimai İnformasiya Departamentinin dəstəyi ilə “Hüquqlarımızı bilək, bildirək!” adlı aksiya həyata keçirdi…

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Hüquq” İşçi Qrupu BMT İctimai İnformasiya Departamentinin dəstəyi ilə 10 dekabr “Ümumdünya İnsan Hüquqları” günü ilə bağlı aksiya həyata keçirdi. ATGTİ “Hüquq” İşçi qrupu fəalları tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Konstitusiyasında əks olunan “Əsas İnsan və Vətəndaş Hüquqları və Azadlıqları” və BMT-nin “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”-si ilə bağlı ümumi məlumat verildi və bununla əlaqədar müxtəlif materiallar paylanıldı. Bununla yanaşı vətəndaşlar aksiya zamanı öz hüquq və azadlıqları ilə bağlı suallar verib, cavab alma imkanı da əldə etdilər.

Advertisements

Elan

Standard

              Əziz Tələbələr, sizləri dekabr ayının 10-dan etibarən hər həftənin şənbə günü saat 16:00 – 17:00 arası keçirilən işçi qrupun yığıncağına çağırırq!

              Görüşdə üzlük məsələləri danışılacaq, üzv olmaq istəyənlər üzvlük anketi əsasında işçi qrupa üzv ola biləcəklər. Eyni zamanda görüşdə işçi qrupun üzvləri fəaliyyətimizlə bağlı öz təklif və iradlarını bildirə, öz layihələrini bizim fəaliyyətimizdə realizə edə bilərlər..

Qısa Təsvir

Standard

“HÜQUQ” İşçi Qrupu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində fəaliyyət göstərən, İttifaqın hüquq sahəsi üzrə öz Əsasnaməsində göstərilən məqsəd və vəzifələri həyata keçirən struktur bölməsidir.

ATGTİ “HÜQUQ” İşçi Qrupu insan hüquq və azadlıqları sahəsində hüquqi təbliğat və maarifləndirmə məqsədilə müxtəlif istiqamətli layihələr həyata keçirir, insan hüquq və azadlıqlarının müdafiəsi və bərpası işinə yardım edir, hüquqşünas gənclərin hüquqi-təcrübi biliklərinin təkmilləşməsi və vətəndaşlar tərəfindən hüquqi dövlət konsepsiyasının mənimsənilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirir.